CƏMİYYƏT


Şəhid Əzizbəy Muradov Sabirabadda dəfn olunub

Azərbaycan Ordusu tərəfindən erməni separatçılarına qarşı Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərində ağır yaralanaraq şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polisi Əzizbəy Etibar oğlu Muradov Sabirabadda dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi izdihamla qarşılanıb və doğulub boya-başa çatdığı Sabirabad rayonunun Ulacalı kəndindəki evinə gətirilib.