Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Əmrullayev: Qarabağ Universitetinin konsepsiyasi hazırlanır

09.10.2023 [15:27]

Xəbərin mətni

“Hazırda Qarabağ Universitetinin konsepsiyası hazırlanır. Bu universitet yəqin ki, Ağdamda tikiləcək. Qarabağ Universitetində tibb təhsilinin təşkil olunmasını istəyirik. Ona görə həm ölkəmizdə, həm də xaricdəki tibb mütəxəssisləri ilə əməkdaşlığa hazırıq”. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.