Ustad dərslərinin növbəti qonağı Vətən müharibəsi qazisi oldu
09.10.2023 [16:18]
Xəbərin mətni
Xüsusi Təyinatlı Qüvvələrin qazisi, mayor Polad Rzayev İkinci Qarabağ müharibəsində Kəlbəcər, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətində böyük qəhrəmanlıq göstərib. 44 günlük Vətən müharibəsində hər iki ayağını itirən Polad Rzayev alpinizm fəaliyyəti ilə məşğul olur və artıq 2 zirvə fəth edib. Vətən müharibəsi qazisi öz uğur hekayəsini müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və digər həssas qruplarla bölüşüb.