Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada yol qəzasında üç nəfər xəsarət alıb

11.10.2023 [10:50]

Xəbərin mətni

Axşam saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda, rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-in mətbuat xidmətinin Şəki Regional Qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonda taksi fəaliyyəti ilə məşğul olan 57-BN-267 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə “Mercedes” markalı 99 GL 668 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.