Qazaxda ev və mağaza yanıb
11.10.2023 [13:14]
Xəbərin mətni
Qazax rayonunun Aşağı Salahlı kəndində vətəndaşa məxsus birmətəbəli yaşayış evi, ona bitişik mağaza və yardımçı tikili yanıb.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.