Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yasamalda 33 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

12.10.2023 [14:38]

Xəbərin mətni

Yasamal rayonunda 33 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən paytaxt sakinləri Loğman Mirzəzadə, Elbrus Hüseynov, Ələkbər Adıgözəlov, İlahə Hüseynova və Rövşən Vəliyev saxlanılıblar. Bu şəxslərdən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 3 kiloqram heroin və metamfetamin aşkar edilib.