Füzuliyə köçən növbəti 21 ailəyə evlərinin açarları təqdim olunub
12.10.2023 [18:33]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 21 ailə olmaqla, 88 nəfər Füzuli sakini doğma yurduna qovuşub.