Vaqif Xaçaturyanın məhkəmə prosesi
13.10.2023 [10:37]
Xəbərin mətni
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.