Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göygöldə mikroavtobusla minik avtomobili toqquşdu, 12 nəfər xəsarət aldı

13.10.2023 [19:19]

Xəbərin mətni

Göygöl rayonunda 12 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.
Hadisə yerinə təcili tibbi yardım və yol polisi heyəti cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.