CƏMİYYƏT


DYP Azərbaycan-Avstriya oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Oktyabrın 16-da azarkeşlər Azərbaycan-Avstriya matçının keçiriləcəyi stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
“Oktyabrın 16-da AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanın futbol üzrə milli komandası Avstriya yığması ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da qarşılaşacaq.