Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muncuqlutəpə nekropolu yaxınlığında yaşayış yeri tapılıb

14.10.2023 [17:58]

Xəbərin mətni

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropolgiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyasının Muncuqlutəpə nekropolunda arxeoloji qazıntı işləri davam edir. Son tunc-erkən dəmir dövrünə aid, 1 hektardan artıq ərazisi olan Nekropol Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2007-ci ildən qeydə alınan nekropolda elə həmin ildən 2022-ci ilə qədər ümumilikdə fasilələrlə 20 qəbirdə arxeoloji qazıntı işləri aparılıb. 2023-cü ildə nekropolda Xocalı-Gədəbəy mədəniyyətinə aid 12 qəbir qazılaraq tədqiq olunub.