Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər saxlanılıb

16.10.2023 [10:32]

Xəbərin mətni

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 şəxs saxlanılıb. Həmin tədbirlər nəticəsində saxlanılaraq aidiyyəti üzrə polis orqanlarına gətirilən şəxslərin üzərindən çeşidli narkotik və psixotrop maddələr o cümlədən güclü təsir edici narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.