Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngilanda hərbçilərin iştirakı ilə Bayraq Yürüşü keçirilib

08.11.2023 [14:22]

Xəbərin mətni

8 Noyabr - Zəfər Günü Zəngilanda da qeyd edilib. Hərbçilərin Ağalı kəndində Bayraq Yürüşü təşkil olunub.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, rayon ictimaiyyəti və Ağalı kəndinin sakinləri iştirak ediblər.
Əvvəlcə Zəngilan şəhərində Şəhidlər xiyabanı ziyarət olunub, Vətən uğurunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra yürüşə start verilib.