Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi açıldı

22.11.2023 [13:07]

Xəbərin mətni

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılışı olub. Sessiya müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb.