Şabranda ustanın iş yerində xəsarətdən ölməsi ilə bağlı araşdırma aparılır
22.11.2023 [17:19]
Xəbərin mətni
Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, rayonun Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimovun təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.