Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mina partlaması nəticəsində yaralanan ANAMA əməkdaşının vəziyyəti orta ağırdır

05.12.2023 [16:36]

Xəbərin mətni

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Əkbərov Vaqif Sabir oğlunun vəziyyəti orta ağırdır. Heç bir həyati təhlükəsi yoxdur.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdam Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Nofəl Zeynalov deyib.