CƏMİYYƏT


Kəlbəcərdə saxlanılan erməni diversant hakim qarşısına çıxıb

Kəlbəcər istiqamətində tutulmuş erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AZƏRTAC xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Hakim elan edib ki, Qaqik Voskanyan dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Hakim ona hüquqlarını izah edib.