Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar
17.06.2026 [21:12]
Xəbərin mətni
Lənkəran-Astara iqtisadi rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri və fermerlərin iştirakı ilə regional müşavirə keçirilib. Müşavirə öncəsi fermer Əlövsət Əliyevin bağında olub, onunla yeni dövlət proqramından gözləntiləri haqqında danışdıq.