Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Həşimov Memorialının qalibləri mükafatlandırılıb

12.12.2023 [12:34]

Xəbərin mətni

Qəbələnin ev sahibliyi etdiyi şahmat üzrə "Vüqar Həşimov Memorialı" başa çatıb.
Turnirin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, qalib şahmatçını təbrik edib. AŞF rəhbəri Azərbaycan şahmat ailəsi adından bu idman növünə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.