CƏMİYYƏT


Füzuli şəhərinə növbəti köç

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb.