Zabuxa növbəti köç karvanı yola salındı
15.12.2023 [11:35]
Xəbərin mətni
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 25 (92 nəfər) ailədən ibarət növbəti köç karvanı dekabrın 15-də yenidən qurulan Laçın rayonunun Zabux kəndinə yola salınıb.
Bakı (9 ailə, 36 nəfər) və Sumqayıt ( 3 ailə, 10 nəfər) şəhərlərindən, Abşeron rayonundan (4 ailə, 16 nəfər) köçürülən ümumilikdə 16 ailə, 62 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından yola düşüb.