CƏMİYYƏT


Dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri necədir?

Saatlıda mikroavtobusda dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri stabildir.
Saatlı rayon xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tibb müəssisəsinə zəhərlənmə diaqnozu ilə 1 müəllim və 8 şagird daxil olub. Onlar müayinədən keçirilib, ilkin tibbi yardım göstərilib. Hazırda özlərini yaxşı hiss edirlər, vəziyyətləri stabildir.