Kökəltmə ilə məşğul olan fermerlərin problemləri
19.12.2023 [12:31]
Xəbərin mətni
Heyvandarlıqda kökəltmə xüsusilə diqqət yetirilməsi sahələrdən biridir. İndi kökəltmə məntəqələri olmasa da, bəzi fermerlər şəxsi təsərrüfatlarında bu işlə məşğul olurlar. Gəlirli sahə olduğu kimi, bir sıra problemləri və diqqət yetirilməli məqamları da var. Ümumiyyətlə, mal-qara kəsimə getdikdə onun çəkisi və əti lazımi səviyyədə olmalıdır. Buna görə də bir heyvanın bəslənərək kəsimə hazır olması bəzən aylar çəkir. Bu müddət ərzində isə müəyyən yemlərdən istifadə edilir. Bir sözlə xeyli xərc tələb olunur.