İDMAN


“Mançester Siti” FIFA klublararası dünya çempionatının qalibi olub

İngiltərənin "Mançester Siti" klubu klublararası dünya çempionatının finalında Braziliyanın "Fluminense" klubuna 4:0 hesabı ilə qalib gəlib. Görüş Səudiyyə Ərəbistanında baş tutub.
AZƏRTAC xəbər verir ki, görüşün 40-cı saniyəsində “Mançester Siti”nin hücumçusu Julian Alvaresin vurduğu qol klublararası dünya çempionatları tarixində ən sürətli qol olub. "Fluminense"nin müdafiəçisi Nino 27-ci dəqiqədə topu öz qapısına göndərib. 72-ci dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçi Fil Foden hesab arasındakı fərqi artırıb, 88-ci dəqiqədə isə Alvares matçın yekun qolunu vurub.