Azərbaycan Dövlət İnformasiya Agentliyi

Talış kəndinin bir günü REPORTAJ

25.12.2023 [16:03]

Xəbərin mətni

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra xalqımız Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının, inkişafının və əzəli yurd yerlərimizə Böyük Qayıdışın sevincini yaşayır. Erməni işğalçılarının 30 il ərzində dağıdaraq yer üzündən sildiyi şəhər və kəndlər yenidən qurulur. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Füzuli şəhərinə, Laçın şəhərinə və Zabux kəndinə sakinlərin köçürülməsi təmin edilib. Bu şəhər və kəndlərə həyat yenidən qayıdıb.