Azərbaycan Dövlət İnformasiya Agentliyi

Antiterror tədbirlərində şəhid olan polislərin xatirəsinə cüdo yarışı keçirilib

27.12.2023 [18:30]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında (ƏÇPA) antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışı izləyənlər arasında şəhidlərin ailə üzvləri, onların valideynləri, övladları, nazirliyin İdman Cəmiyyətinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və digər qonaqlar olublar.