Lənkəranın sitrus bazarından REPORTAJ
30.12.2023 [12:03]
Xəbərin mətni
Lənkəranda sitrus meyvələrinin satıldığı xüsusi bazar fəaliyyət göstərir. Bu bazar artıq altı ildir ki, cənublu fermerlərin ixtiyarına verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bazarda yalnız sitrus məhsullarının topdan və pərakəndə satışı həyata keçirilir. Lənkəran və digər qonşu rayonların fermerləri, eləcə də ailə təsərrüfatları yetişdirdikləri sitrus məhsullarını “Sitrus bazarı” adlanan bu yerdə satışa çıxarırlar.
Yeni il qabağı bazarda respublikanın hər yerindən alıcılara rast gəlmək mümkündür. Alıcılar qiymətdən razı qalsalar da, bəzi satıcılar bu il qiymətin aşağı olduğunu bildirirlər. Burada məhsulun qiyməti bazara uyğun olaraq gündəlik dəyişir.