Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəmkirdə ikimərtəbəli evdə yanğın olub

01.01.2024 [17:57]

Xəbərin mətni

Hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakininə məxsus ikimərtəbəli evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.