Dovşan ili dovşançılıq təsərrüfatları üçün nə ilə yadda qaldı?
02.01.2024 [12:02]
Xəbərin mətni
Ötən ildən başlayaraq yenidən dovşan ətinə təlabat artıb. 2023-cü il Çin təqviminə görə dovşan ili idi. Dovşan ili təsərrüfatımız üçün düşərli oldu. İndi yenidən dovşanların sayını artırıb, fermamızı genişləndirmək istəyirəm. Bu sözləri AZƏRTAC-a müsahibəsində şabranlı təsərrüfatçı Azad Əmrullayev söyləyib.
Azad Əmrullayev uşaqlıqdan dovşan saxlayır. Əvvəllər bu heyvanları maraq üçün bəsləsə də, sonradan hobbisini gəlir mənbəyinə çevirib.