Şah İsmayılın döyüş bayrağının başlığı Astaranın kəndində qorunur
04.01.2024 [13:54]
Xəbərin mətni
Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun bayrağının başlıq hissəsini qoruyub saxlayır.
Yunis Qulamov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bu döyüş bayrağının başlığı ona ulu babasından yadigar qalıb.