CƏMİYYƏT


Bal arılarının yaza sağlam çıxması üçün diqqət yetirilməli məqamlar

Bütün sahələrdə olduğu kimi, arıçılıqda da qışa hazırlıq qabaqcadan aparılır. Arıçılar demək olar ki, bu prosesə əslində bal yığımı bitən kimi başlayırlar. Yəni, hava şəraiti də nəzərə alınmaqla, avqustdan oktyabrın ortalarına qədər arı ailələrinin qışa hazırlanması işləri görülür. Bunun sayəsində arılar yaza sağlam çıxır. Belə olduqda ölüm halları da yaşanmır.