CƏMİYYƏT


Ağdamda ev yanıb

Ağdamın İmamqulubəyli kəndində evdə baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli evin 80 kvadratmetr hissəsi yanıb.
Yanğının evin digər hissəsinə yayılmasının qarşısı alınıb.