ORDU


Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib

Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib. 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan bu forumda Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrindən seçilən gənc zabit, gizir, çavuş, əsgər və kursantlar iştirak ediblər.