SİYASƏT


Məzahir Pənahov MDB-nin Baş katibi ilə görüşüb

Məqsədimiz Azərbaycandakı növbədənkənar prezident seçkilərinin şəffaf keçirilməsinin təmin olunmasıdır.
Bizim prinsiplərimiz dəyişməyib. Hələ ki, hər şey öz qaydasında gedir, heç bir şikayət daxil olmayıb. Tezliklə regionda sülhün, sabitliyin tam təmin olunmasını arzu edirik. Azərbaycan ilə Ermənistan arasında münasibətlərdə normallaşma mütləqdir. Bu, hamımız üçün yaxşıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri MDB-nin Baş katibi Sergey Lebedev Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşdə səsləndirib.