İDMAN
Dünya Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazanıb
21.04.2024 [16:36]
Xəbərin mətni
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, daha əvvəl çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri komandamız final görüşünü keçirib. Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Dariya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda beş halqa ilə çıxış edib.
Onlar 36.100 xal toplayaraq bürünc medala sahib çıxıblar.
Birinci yeri isə Yaponiya komandası tutub.