ORDU


Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı məşqləri keçirilib

Bu ilin hazırlıq planına əsasən, Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı üzrə məşqlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə səfərdə olan Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti döyüş hazırlığı məşqlərini izləyib.