Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri Laçında
24.05.2024 [16:19]
Xəbərin mətni
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri mayın 24-də Laçın şəhərinə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, diplomatik korpusun nümayəndələri Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29-la əlaqədar təqdimat mərasimində iştirak ediblər.