Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq
17.12.2025 [13:41]
Xəbərin mətni
COP31 qardaş Türkiyədə keçiriləcək və Azərbaycan komandası bu prosesdə də fəal iştirak edəcək. Təcrübə və təəssüratlarımızı bölüşmək məqsədilə Türkiyə komandası ilə görüşlərin keçirilməsi planlaşdırılır. Bildiyiniz kimi, ondan sonrakı COP isə Efiopiyada baş tutacaq və biz Efiopiya komandası ilə də bu işə başlamışıq. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev deyib.