Yalçın Rəfiyev: Azərbaycan COP31-ə hazırlıq prosesində qardaş Türkiyəyə öz dəstəyini göstərməyə hazırdır
17.12.2025 [13:18]
Xəbərin mətni
“Diplomatiya Aləmi” jurnalı müntəzəm olaraq xarici və dünya siyasətinin aktual mövzularına həsr olunur. Jurnalın budəfəki xüsusi buraxılışı isə COP29-dan miras qalan irsə diqqət yetirir. Buraxılışda Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və xarici işlər naziri Ceyhun Bayramovun mövqeləri və fəaliyyətləri öz əksini tapıb. Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev məlumat verib.