ORDU


Əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası xidməti istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası xidməti istifadəyə verilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü vəsuverenliyi uğrunda şəhid olmuş mərd oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, qüdrətli dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə paralel şəkildə sərhəd mühafizə infrastrukturlarının qurulması və yaxşılaşdırılması, müasir maddi-texniki vasitələrlə təchizatı ölkəmizin hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi heyətə olan ali diqqəti və qayğısıdır.