ORDU


Müstəqillik Günü ərəfəsində "N" hərbi hissəsində “Açıq qapı” günü keçirilib

28 May - Müstəqillik Günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsinin yaranmasının 32-ci ildönümü münasibətilə “Açıq qapı” günü keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, dərin hörmət nümayiş etdirilib.
Müdafiə Nazirliyi və ictimaiyyətin nümayəndələri, media mənsubları, şəhid ailələri və hərbi qulluqçuların yaxınlarının iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.