İQTİSADİYYAT


İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti müxtəlif dövlət dəstəyi tədbirləri vasitəsilə stimullaşdırılır

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Burada sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır.