COP29


Azərbaycan QHT-ləri ABŞ konqresmenlərinə açıq məktub ünvanlayıblar

İyunun 3-də Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) ABŞ konqresmenlərinə açıq məktub ünvanlayıblar.
AZƏRTAC məktubu təqdim edir:
“Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ konqresmenlərinə açıq məktub ünvanlamaqla, ilk öncə, onlara ətraf mühit məsələlərinə, Azərbaycanın COP29 sədrliyinə maraq göstərdikləri üçün təşəkkür etmək istəyirik.
535 nəfər üzvü olan ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) mayın 13-də ABŞ Dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər.