ORDU


“Qafqaz Qartalı - 2024” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər dövlət qurumlarının rəhbər heyəti, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qrup yüksək çinli zabitləri ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təlimi çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.
Müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimin gedişi barədə məruzə olunduqdan sonra aviasiya vasitələrinin dəstəyi ilə xüsusi təyinatlılar müxtəlif tapşırıqları icra ediblər.