Cəlilabadın “şəfa” gölü
18.06.2024 [17:11]
Xəbərin mətni
Cəlilabad rayonunun Qamışlıgöl kəndi Buravar sıra dağlarının ətəyində yerləşir. Bura təkcə gözəl təbiəti ilə yox, həm də orta əsrlərdən bu günə kimi gəlib çıxmış "Zəli gölü" ilə də məşhurdur. Bəzi tarixi mənbələrdə bu gölün ən azı 800 il yaşı olduğu qeyd edilir. Hətta Əmir Teymurun gölün yaxınlığında açıq xəstəxana saldığını deyənlər də var. Kənd sakinlərinin sözlərinə görə, tikilinin nişanələri bir neçə il əvvələ kimi qalırmış.