Nazir müavini: Bu tədris ilində 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır
13.11.2026 [17:18]
Xəbərin mətni
Son illərdə Prezidentin birbaşa diqqət və qayğısı, həyata keçirilən proqramlar nəticəsində ölkədə 3600-dən çox məktəb ya tikilib, ya da əsaslı təmir edilib. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin noyabrın 13-də keçirilən birgə iclasında deyib.