ORDU


26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təntənəli mərasim keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər hərbi qulluqçular, şəhid ailələri, müharibə veteranları və qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.