COP29


İnger Andersen: Xəzəryanı beş ölkə dənizin qorunması üçün birgə fəaliyyət göstərməlidir

Xəzər dənizinin quruması ilə bağlı vəziyyət olduqca ciddidir. Problemin həlli istiqamətində bir sıra layihələr həyata keçirilsə də, bu sahədə görüləcək işlər çoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikri BMT Baş katibinin müavini və UNEP-in icraçı direktoru İnger Andersen COP29-la bağlı keçirilən brifinqdə söyləyib. O qeyd edib ki, Xəzəryanı beş ölkə sözügedən problemlə bağlı birgə səy göstərməlidir: “İqlim dəyişikliyi yağışın və qarın həcminə təsir edir. Biz bu istiqamətdə müzakirələrimizi mütləq davam etdirməli və dünyanın ən böyük gölünü qorumalıyıq”.