MƏDƏNİYYƏT


Cəlilabadlı müəllim toxumlardan portretlər hazırlayır

Cəlilabad rayon sakini, ixtisasca ingilis dili müəllimi olan 75 yaşlı Yusif Əliyev maraqlı əl işləri ilə tanınır. O, uzun illərdir tərəvəz və meyvə toxumlarından müxtəlif əl işləri düzəldir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yusif müəllim əsasən tərəvəz və meyvə toxumlarından istifadə edərək, illüstrasiya, kompozisiya və portret janrlarında əsərlər yaradır. O, həmçinin istifadəyə yararsız məişət əşyalarından da müxtəlif əl işləri hazırlayır.