COP29-un “Milli Öhdəlik Proqramı” çərçivəsində özəl sektorunun nümayəndələri ilə növbəti rəsmi görüş keçirilib
10.07.2024 [18:01]
Xəbərin mətni
COP29 Azərbaycan Əməliyyat Şirkəti özəl sektorla birgə dayanıqlılıq və iqlim fəaliyyətinin davamlılığının təşviqini genişləndirir.
Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, “COP29 Sponsorluq və Tərəfdaşlıq” strategiyasına uyğun olaraq dayanıqlılıq və ətraf mühit meyarlarının formalaşması, milli şirkətlərin korporativ strategiyalarının qlobal dayanıqlılıq hədəflərinə uyğunlaşdırılması üzrə cari ilin mayında yerli özəl biznes iştirakçıları ilə başlanılan təşəbbüs çərçivəsində növbəti görüş keçirilib.